Qarabağ a qarşı asan deyildi, çünki onlar çox güclü rəqibdir ÇSKA nın futbolçusu

24.07.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bolqarıstan ÇSKA(Sofiya) klubunun yarımmüdafiəçisi Stefano Sensi Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la 0:0 hesablı heç-heçə ilə bağlı fikirlərini bildirib.

Sportal.az "gong.bg" portalına istinadən xəbər verir ki, italiyalı futbolçu "Qarabağ"la cavab görüşündəki şanslarından bəhs edib:

"Komanda olaraq yaxşı çıxış etdik və çox lahyiqli oynadıq. Asan deyildi, çünki onlar çox güclü rəqibdir. İndi tez bir zamanda özümüzə gəlməliyik: qarşıda “Botev”ə qarşı (Plovdiv) liqa matçımız var və bu görüşdə əlimizdən gələni etməliyik. Özümüzə əmin olmalıyıq, çünki çox yaxşı oyunçuları olan yaxşı komandamız var. Bu heç-heçəyə layiq idik. Futbol futboldur və top bütün komandalar üçün eynidir. Ən əsası intizam və meydanda özümüzü necə aparmağımızdır. Komandanın arxasında azarkeşlərin olması həmişə xoşdur - onlar bizi çox dəstəkləyirlər. İndi növbəti liqa matçına yaxşı hazırlaşmalıyıq. "Qarabağ"la cavab oyunundakı döyüşə hazır olmalıyıq".

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью