Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasında çıxış edən klublardan daha biri öz maskotunu yaradıb.
Apasport.az saytına verilən məlumata görə, “Sabah” komandanın talismanını hazırlayıb.
Hələlik adı açıqlanmayan maskot üzərində “qara-çəhrayı” forma olan bayquş görünüşündədir. O, xüsusi olaraq Avrasiya bayquşu kimi təsvir olunub.
Talismanı növbəti ilin əvvəlindən meydanlarda görə biləcəyik.
Qeyd edək ki, bu, Premyer Liqada ilk maskot deyil. Bunadək “Qarabağ” “Kəhər”, “Qəbələ” isə “Fanbala” adlı maskotunu ictimaiyyətə təqdim edib.
“Turan Tovuz” “Sabah”a qarşı - YENİLƏNİR Ramin Musayev nağılları: Futbol yaddaşı silgi ilə pozulmur Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçilib Təxirə salınmış oyuna təyinatlar açıqlanıb Millimizin üzvü əməliyyat olunub