Qarabağ a şok: Əsas üzvü sərfəli təklif aldı, getmək istəyir

31.01.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Leandro Andradenin son vaxtlar zəif təsir bağışlamasının səbəbi məlum olub. “Çelsi” ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.

Axar.az Sportinfo-ya istinadla xəbər verir ki, Kabo-Verde yığmasının üzvü Asiyadan çox sərfəli təklif alıb.

Bildirilib ki, 2022-ci ildə bura “Çerno More”dən (Bolqarıstan) gəlmiş Portuqaliya doğumlu afrikalı indi yalnız getmək barədə fikirləşir. Andradenin istəyi artıq “Qarabağ”ın rəhbərliyinə, həm məşqçilərinə, həm də komanda yoldaşlarına məlumdur.

Yarımmüdafiəçi aldığı dəvəti yaxın tarixdə dəyərləndirmək niyyətində olduğunu gizlətməyib, çünki karyerasının növbəti illəri ərzində bundan yaxşı təklif alacağına inanmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью