“Qarabağ” adını daşımaq bizim üçün xüsusi məna kəsb edir Benzia | Icma.az
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qarabağ"ın futbolçusu Yassin Benzia Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda sabah "Lion"la keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında bu barədə danışıb.
O, sabiq klubuna qarşı oyunu maraqla gözlədiyini söyləyib: "Mənim üçün əvvəllər oynadığım "Lion"la qarşılaşmaq çox maraqlı olacaq.
İndi isə "Qarabağ"da çıxış edirəm. Əlbəttə ki, əvvəlki "Lion"la hazırkı komanda arasında çox böyük fərq var.
O vaxt komanda yüksək performans göstərirdi. "Lion" indi də yüksək səviyəli komandadır. Bu, mənim üçün çox vacib oyundur".
Fransada doğulan və Əlcəzair millisinin üzvü olan Benzia görüşdə bütün bacarıqlarından istifadə etməyə çalışacaqlarını deyib: “Qarabağ” adını daşımaq bizim üçün xüsusi məna kəsb edir.
Biz bu adı doğrultmağa çalışırıq. “Qarabağ” sözünün xüsusi mahiyyəti odur ki, komanda müharibə ilə əlaqədar Bakıda yerləşib.
Tam oxu
Xəbəri oxu