“Qarabağ” Ağdama qayıdır FOTO

25.06.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün "Qarabağ" futbol klubunun Şuşa, Xankəndi, Ağdam və Füzuli sakinləri ilə görüşü baş tutacaq.

Apasport.az xəbər verir ki, “köhlən atlar” hazırda Füzuli hava limanına eniş edib. 

Klub üzvləri ilk olaraq Şuşa şəhərinə yollanacaqlar. Şuşa stadionunda azarkeşlərlə görüş təşkil olunacaq.

Daha sonra “Qarabağ” Xankəndiyə yollanacaq. Burada Qarabağ Universiteti ilə tanışlıq və tələbələrlə görüş keçiriləcək.

Növbəti dayanacaq Ağdam olacaq. Klub şəhər sakinləri ilə görüşəcək və "İmarət" Kompleksinə baxış keçiriləcək.

Ardınca “köhlən atlar” Füzuliyə qayıdacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüş və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə gəzinti baş tutacaq.

"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi bilindi "İmişli"də əcnəbi baş məşqçi PFL rəsmisi UEFA tərəfindən təyinat alıb "Neftçi"də gözlənilməz ayrılıq - Komandanın liderlərindən biri yola salındı "Benfika" - "Bavariya" matçı bu kanalda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью