Qarabağ Araz Naxçıvan la yarımfinal oyununa neçə itki ilə çıxacaq? AÇIQLAMA

22.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində sabah "Araz-Naxçıvan"ı qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Anar hacıyev deyib:

"Zədəli yalnız qapıçı Şahruddin Məhəmmədəliyevdir. Marko Veşoviç isə cəzalı duruma düşdüyü üçün bu oyunda iştirak edə bilməyəcək".

Qeyd edək ki, tərəflərin birinci qarşılaşması Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci duel 17:00-da başlayacaq. Görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью