Qarabağ Araz Naxçıvan oyunu tarixi yubileylə əlamətdar olub

15.12.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının XV turunun "Qarabağ" – "Araz-Naxçıvan" oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

SİA-nın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunub. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq dayandırılıb.

Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью