Qarabağ Atletik lə oyunda zədələnən futbolçunun vəziyyətini açıqlayıb

23.10.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə III tur oyununda (1:3) zədələnən "Qarabağ"ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.

Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью