Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” bu gün Çempionlar Liqasının liqa mərhələsində 3-cü matçına çıxır.
“Benfika” və “Kopenhagen”lə matçlarda qazanılan qələbədən sonra bizi növbəti ağır oyun gözləyir. Rəqib isə dünyaca məşhur “Atletik”di.
Bəs bu oyunda nəyə ümid etmək olar? Rəqib uğursuz seriyanı qırmaq üçün “Qarabağ”la oyunu şans kimi görəcəkmi?
“Football-plus.az” bu sualları Mahmud Qurbanova ünvanlayıb: “Oyun çətin keçəcək. “Atletik”in xalının olmaması bizi aldatmamalıdı.
Hər halda, evdə oynayacaqlar. Bu komanda ilə səfərdə oynamaq çox ağırdı. Əsas futbolçuları Uilyams qardaşlarıdı.
Bask klubu öz yetirmələri ilə oynayır. Həmişə bu xəttə sadiqdilər. Mübariz komandadı.
Həm müdafiədə, həm də hücumda aqressiv oynamağı xoşlayırlar. Amma ümid var ki, “Qarabağ” bu oyundan yaxşı nəticə ilə qayıtsın.