“Qarabağ” AvroLiqada ilk oyuna çıxır Matç saatı AÇIQLANDI

06.07.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ” klubu ilk oyuna çıxmağa hazırlaşır.
Modern.az xəbər verir ki, iyulun 9-da Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
“Qarabağ” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Oyunun başlanma saatı da açıqlanıb.
Matç 9 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Oyunu CBC Sport telekanalı canlı yayımlayacaq.
Qeyd edək ki, komandaların cavab görüşü iyulun 16-da Reykyavikdə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью