Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün "Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununa çıxıb.
QOL.az xəbər verir ki, "Thróttarvöllur" stadionunda keçirilən oyun Qurban Qurbanovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında ilk matçda da Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlmişdi.
"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışıb. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılıb və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.
Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq.
00:00. "Vestri" (İslandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3
Qollar: Jali Muaddib, 5, Pedro Bikalyo, 29, Zakaria Savo, 57
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun (Çexiya)
VAR: Tomaş Koçourek (Çexiya)
AVAR: Ondrjey Berka (Çexiya)
İlk oyun - 0:3