“Qarabağ” Avropa Liqasında mövsümün ilk oyununa çıxır

09.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün avrokubokların 2026/2027-ci illər mövsümündə mübarizəyə start verəcək.

XQ xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk matçında İslandiyanın “Vestri” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Görüşü moldovalı baş hakim Roman Jitari idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью