Qarabağ Avropa Liqasında ölüm qalım oyununa çıxır | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. Bu gün "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində VII tur oyununu keçirəcək.
Teleqraf.com xəbər verir ki, "köhlən atlar" Tofiq Bəhramov adına Respublika Stadionunda Rumıniyanın FCSB klubunu qəbul edəcək.
Saat 21:45-də başlayacaq oyunu Filip Qlovanın rəhbərliyi altında Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
"Qarabağ"a bu oyunda müdafiəçi Bədavi Hüseynov kömək edə bilməyəcək.
Rumıniya təmsilçisi isə zədəli Vlad Kirikeş, eləcə də Darius Olaru, Mixay Lixandru və Oktavian Popeskunu Bakıya gətirməyib.
Ağdam təmsilçisi VI turdan sonra 3 xalla 33-cü, FCSB isə 11 xalla 10-cu pillədə qərarlaşıb.
"Qarabağ" bu oyunda məğlub olacağı təqdirdə, növbəti mərhələ şansını tam itirəcək.
UEFA Avropa Liqası Liqa mərhələsi, VII tur 23 yanvar 21:45 "Qarabağ" - FCSB Baş hakim: Filip Qlova Baş hakimin köməkçiləri: Daniel Polacek, Peter Bednar Dördüncü hakim: Lukaş Dzivcak VAR: Mihail Oçenaş AVAR: Martin Dohal (hamısı Slovakiya) Hakim-inspektor: Martin Hansson (İsveç) UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus) Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu