Qarabağ Avropa Liqasında sonuncu oyununa çıxır

30.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

"Qarabağ" UEFA Avropa Liqasında bu gün Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək.

"Report"un məlumatına görə, Liqa mərhələsinin sonuncu - VIII turunun oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək.

Növbəti mərhələ şansını itirən "köhlən atlar" 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri 12 xalla 12-ci sıradadır. Yunanların 1/8 finala yüksəlmək şansı da davam edir.

UEFA Avropa Liqası
Liqa mərhələsi

VIII tur
30 yanvar

00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ"
Baş hakim: Radu Petresku.
Pirey. Georgios Karaiskakis stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью