“Qarabağ” Avropa reytinqində mövqeyini QORUDU

27.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.
Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 63-cü sıradadır. Təmsilçimiz bir xal itirsə də, mövqeyini qoruyub.
Digər üç klubumuzun xalı dəyişməz qalıb. Bir pillə geriləyən “Neftçi” 19 xalla 257-cidir. 4 xal az toplayan “Sabah” 3 pillə irəliləyərək 276-cı sıraya yüksəlib. 14 xala malik “Zirə” 291-ci yerdəki mövqeyini qoruyub.
Qeyd edək ki, siyahıya 2462 xala malik “Real” başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью