Qarabağ Avstriya nəhəngi ilə qarşılaşacaq

29.06.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Zalstburq”la yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb.

Görüş iyulun 15-də baş tutacaq və matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Xatırladaq ki, hazırlığın Avstriya mərhələsində Ağdam təmsilçisi Ukraynanın “Metalist 1925” klubu ilə də qüvvəsini sınayacaq (7 iyul).

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью