Icma.az, Qol.az saytına istinadən bildirir.
"Qarabağ" bu gün yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməi məlumat yayıb.
Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, artıq "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Qurban Qurbanovun komandası İslandiya "Vestri"si ilə üz-üzə gələcək.