Qarabağ avtoqolla qalib gəldi

04.12.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

News24.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Görüşdə ilk qolu 7-ci dəqiqədə Abdullah Zubir vurub, 89-cu dəqiqədə "Qəbələ"nin kapitanı Murad Musayev topu öz qapısına göndərib. Beləliklə "Qarabağ" bu qələbə sayəsində Azərbaycan kubokunun 1/4 final mərhələsinə adlayıblar.

Ağa Dadaşzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью