Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” Xorvatiyanın “İstra” klubunun nigeriyalı futbolçusu Salim Faqo Lavalı heyətinə qata bilər.
Bakupost.az “Sportske Novosti” nəşrinə istinadən xəbər verir ki, keçidin tezliklə tamamlanacağı gözlənilir.
Transferin məbləğinin 2 milyon avrodan çox olacağı və bunun Xorvatiya təmsilçisi üçün rekord satış sayılacağı bildirilir.
Qeyd edək ki, Faqo Laval bu mövsüm 19 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də Nigeriya millisində “Qalatasaray”ın ulduzu Viktor Osimhenin komanda yoldaşıdır.