Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” matçına bilet satışı davam edir.
“Football-plus.az” xəbər verir ki, hələ bilet almayan azarkeşlər “iticket.az” saytı vasitəsilə bilet ala, matçı stadiondan izləyə bilərlər. Sadəcə, artıq standart biletlər tükənib. Yəni 10, 15, 25, 35, 40, 50 və 75 manata olan biletlər satışda yoxdu. Tərəfdarlar bundan sonra VIP və VVIP sektorlar üçün biletlər ala bilər. Bu biletlərin qiyməti isə \ 200, 250, 300, 400 və 1000 manatdı.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21.45-də başlayacaq.
KƏNAN BAHADIR