“Qarabağ” “Ayaks” matçına satılan biletlərin sayı…

08.12.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununa satılan biletlərin sayı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, indiyədək 27 min 650 bilet satılıb.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью