GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Ayaks” oyunu start götürəcək. Lakin Bakıda hökm sürən yağışlı hava səbəbindən oyunun təxirə salınacağı ilə bağlı iddialar yayılıb.
Globalinfo.az məsələni dəqiqləşdirmək üçün “Qarabağ” FK ilə əlaqə saxlayıb.
Klub iddiaları təkzib edib:
“Oyun təxirə salınmır, hər şey qaydasındadır. Hazırda stadiondayıq. Bu, adi yağışdır”.
Zaira Akifqızı
Globalinfo.az