“Qarabağ Ayaks”a qarşı UEFA statistik məlumatları paylaşdı

10.12.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

UEFA "Qarabağ" və "Ayaks" arasında keçiriləcək UEFA Çempionlar Liqası matçından əvvəl statistik məlumatları açıqlayıb.

Məlumata görə, iki komanda arasında Avropa kuboklarında əvvəlki yeganə qarşılaşma ötən mövsüm UEFA Avropa Liqasının əsas mərhələsində baş tutub.

Hollandiya klubu Azərbaycanda 3-0 hesabı ilə qalib gəlib.

"Qarabağ" son beş UEFA turnir oyununda (3 heç-heçə, 2 məğlubiyyət) Hollandiya komandalarına qalib gələ bilməyib.

Bu mövsüm evdə keçirdiyi son beş Avropa kuboku matçından yalnız birində məğlub olan "Ayğırlar" son dörd ev oyununun hər birində ən azı iki qol vurub.

"Ayaks" hazırda UEFA klub yarışlarında səkkiz oyunluq məğlubiyyət seriyasına malikdir ki, bu da klubun tarixindəki ən uzun seriyadır.

Amsterdam komandası Avropa Kuboku/Çempionlar Liqası tarixində (seçmə mərhələləri daxil olmaqla) 397 qol vurub. Komanda 400-cü qolunu vuraraq bu mərhələni keçən ilk Hollandiya klubu olmağa çalışacaq.

Qeyd edək ki, 5 turdan sonra "Qarabağ"ın 7 xalı var. Xalı olmayan "Ayaks" isə sonuncu yerdədir.

Xatırladaq ki, 10 dekabrda keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 21:45-də başlayacaq.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью