Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.
Redaktor.az-a danışan idman jurnalisti Ağa Dadaşzadə hesab edir ki, oyun gərgin olacaq: "Azərbaycan komandası üçün finala bərabər bir qarşılaşmadır.
Amma düzdür, bəziləri qeyd etmişdi ki, oyun 54% rəqibin, 46% isə bizim xeyrimizədir.
Nikbin danışmaq istərdim, amma reallıq budur ki, biz bu oyundan ən yaxşı halda bərabərliklə, yəni bir xalla ayrılsaq, bu, bizim üçün böyük uğur olacaq.
Çünki rəqib bura xal arxasınca gəlib. Nəzərə alsaq ki, dünən də məşq etməyiblər, onlar birbaşa gecə ilə Bakıya gəliblər.
Yəni məşqsiz bu oyuna çıxmaq o deməkdir ki, onlar artıq daha da intizamlı oynayacaqlar, çünki onlar üçün də xal lazımdır ki, növbəti mərhələ şanslarını qoruyub saxlasınlar".
Onun sözlərinə görə, şansımız çox aşağıdır: "Rəqibə müqavimət göstərə bilsək, yenə deyirəm, uğur qazana bilərik, amma rəqib çox güclüdür.