“Qarabağ” “Ayntraxt”ı məğlub etdi Qələbə qolunu Bəhlul vurdu | Icma.az
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır. “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Doğru.az xəbər verir ki, Ağdam klubu Liqa mərhələsinin 7-ci turunda Almaniya təmsilçisi “Ayntraxt”ı qəbul edib.
Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub və İsveçrəli hakim Sandro Şerer tərəfindən idarə olunub.
Matçın 4-cü dəqiqəsində Kamilo Duran hesabı açsa da, 11-ci dəqiqədə “Ayntraxt” bərabərlik qolunu vurub.
78-ci dəqiqədə Almaniya klubu penalti zərbəsi ilə önə keçsə də, Duran 79-cu dəqiqədə yenidən tarazlığı bərpa edib.
Matçın sonuncu, 90+4-cü dəqiqəsində Bəhlul Mustafazadə qələbə qolunu vuraraq “Qarabağ”ı 3 xalla təmin edib.
Bu, Ağdam klubunun ÇL-də son ev oyunudur. Hazırda komandamız 7 xalla 25-ci pillədədir.
DOĞRU.AZ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu