“Qarabağ” ayrılığı açıqladı

08.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ” Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komandayla Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью