“Qarabağ” azarkeşləri “Neftçi”ni söydü Klub 8 min cərimələndi

01.05.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimə edilib.

“Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Qarabağ” 8000 manat cərimə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью