“Qarabağ” azarkeşlərinə müraciət etdi

24.11.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının V turunun “Napoli” ilə səfər matçı ərəfəsində azarkeşlərə müraciət edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müraciətdə bunlar qeyd olunub:

“Stadio Diego Armando Maradona”da oyuna giriş üçün vauçer əldə etmiş azarkeşlər qeydiyyat zamanı yazdıqları imeyl ünvanlarını mütləq yenidən yoxlasınlar. İmeyl adreslərinə girişdə problem yaşayan azarkeşlərimizin “iTicket.az” ilə əlaqə saxlaması mütləqdir:

+994 12 424 24 24
[email protected]

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu yerli vaxtla 25 noyabr saat 21:00-da, Bakı vaxtı ilə isə 26 noyabr 00:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью