Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əvəzedicilər Liqasının XV turunda "Qarabağ" azarkeşlərini arenaya buraxmayan "Neftçi" klubu cərimələnib.
SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
"Ağ-qaralar"ın bu davranışı onlara 200 manata başa gəlib. Bundan başqa, sözügedən matçda "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 70 manat cərimə edilib.