Qarabağ azarkeşlərinin nəzərinə!

06.12.2024

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın İsveçdə "Elfsborq"a qarşı keçirəcəyi Avropa Liqası matçının qonaq azarkeşləri üçün biletlər bu gündən satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, tərəfdarlar biletləri saat 12.00-dan etibarən iTicket.az saytında əldə edə biləcəklər.
Fanatlar əldə etdikləri vauçerləri oyun günü saat 16.00-dan 18.00-a kimi "Scandic Plaza Borås" (Allégatan 3, 503 32 Borås, Sweden) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidilər. Biletlərin qiyməti 30 manatdı.
Qeyd edək ki, UEFA Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00.00-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью