Qarabağ Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb

04.12.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 finalda "Qəbələ" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. 7-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 90+1-ci dəqiqədə Murad Musayev avtoqol müəllifi olub.

"Köhlən atlar" növbəti raundda "Səbail"lə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finala vəsiqə qazanıblar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью