Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İndiyədək 8 dəfə Azərbaycan Kubokunun qalibi olan "Qarabağ” turnirin mütləq rekordunun sahibidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti statistika açıqlayıb.
Azərbaycan Kubokunun 2024/2025 mövsümünün finalında meydana çıxacaq iki komandadan yalnız biri əvvəllər mükafata sahib olub.
Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidir. "Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün sahib
Tarixində ilk dəfə final həyəcanı yaşayacaq "Sabah” isə birinci titulunu əldə etməyə köklənib.
Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək.
Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: "Qarabağ” – 8, "Neftçi” – 6, "Kəpəz” – 4, "Xəzər Lənkəran”, "Bakı” – 3, "Keşlə” (indiki "Şamaxı”), "Qəbələ” – 2, "İnşaatçı” B, "Şəfa” – 1.