Qarabağ Azərbaycandır deyən Almaniya Prezidenti erməniləri MƏYUS EDİB

03.04.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıya səfəri zamanı Qarabağın Azərbaycan ərazisi olduğunu deməklə erməniləri xəyal qırıqlığına uğradıb.
"Biz həmişə demişik ki, bu, sizin (Azərbaycan) ərazinizdir və Almaniyanın birbaşa və aydın mövqeyini təsdiqləyirik", - F.Ştaynmayer vurğulayıb.
Modern.az-ın məlumatına görə, Frank-Valter Ştaynmayerin bu açıqlaması Ermənistan siyasi dairələrində, erməni ictimaiyyətində məyusluqla qarşılanıb.
Ermənistan mətbuatı və erməni siyasi texnoloqları Almaniya Prezidentinin açıqlamasını şərh edərk təəssüfləndiklərini gizlətməyiblər.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью