“ Qarabağ Azərbaycandır və nida ifadəsi haqqın və ədalətin Zəfəri oldu” | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“44 günlük Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Ordumuz tariximizə Zəfər gününü yazdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizin azad olunması istiqamətində həyata keçirilən tədbirlər yalnız bir amala xidmət edirdi: torpaqlarımızı azad etmək!
Dövlət başçımızın çıxışlarının birində bildirdiyi kimi, "Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq””.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində kənd sakinləri ilə söhbətində düşmən üzərində möhtəşəm qələbəmizdən danışıb: “Prezident dünya ölkələrinin heç də hamısının öz maraqlarını özü təmin edə bilmədiyini xüsusi olaraq qeyd edib.
Bildirib ki, hamı ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir.
Tam oxu
Xəbəri oxu