Qarabağ azərbaycanlı futbolçunu istəyir

23.01.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdamın "Qarabağ" klubu heyətini yerli futbolçu ilə gücləndirmək istəyir.

News24.az xəbər verir ki, hazırda "Kəpəz"in formasını geyinən 26 yaşlı müdafiəçi "Qarabağ"a keçə bilər. 

Hazırda Qurbanovun nəzərdən keçirdiyi futbolçulardan biri Turan Manafovdur. İşlər qaydasına getsə Manafov yayda "Qarabağ"ın heyətində çıxış edə bilər.

Turan bu mövsüm Gəncə təmsilçisinin heyətində 13 görüşdə forma geyinib, 2 qol vurub və 1 məhsuldar ötürmənin müəllifi olub.

Ağa Dadaşzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью