Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Kişi həndbolçuların Azərbaycan çempionatında I-IV yerlər uğrunda yarışda daha bir oyun olub.
Futbolpress.az xəbər verir ki, “AHF Arena”da keçirilən qarşılaşmada “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gəliblər. Meydançaya favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar.
Fasiləyə 22:11 hesablı üstünlüklə yollanan “Azəryol” ikinci hissədə də təşəbbüsü əldən verməyərək inamlı qələbə qazanıb – 42:25.