Qarabağ Bakıda xal İTİRDİ

07.12.2024

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasında XVI turun növbəti oyunu keçirilib.

Modern.az xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Rəqiblərindən bir oyun az keçirən Ağdam klubu 38 xalla 2-ci sırada qərarlaşıb. “Bayquşlar” isə 23 xalla 5-ci pillədədir.

Günün ilk qarşılaşmasında “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. “ASCO Arena”da keçirilən görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra qonaqlar 39 xalla liderliyə yüksəlib, meydan sahibləri isə 8 xalla sonuncu – 10-cu pillədə qalıb.

Qeyd edək ki, XVI turun digər görüşləri dekabrın 8-i və 9-da reallaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью