Qarabağ Bakıya qayıtdı, Qurbanov isə Belfasta getdi

16.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) komandalarının oyununu izləmək üçün Şimali İrlandiyaya yollanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu gün Avstriyada təlim-məşq toplanışını başa vuran və Bakıya yola düşən kollektivdə yer almayıb.

Baş məşqçi ilə birgə video-analitik məşqçi Yanuş Vasilyev də qarşılaşmanı stadiondan canlı olaraq izləyəcək.

Qeyd edək ki, Belfastdakı "Windsor Park” stadionundakı matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью