Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Ağdam klubu "Ferentsvaroş"da çıxış edən Cəbrayıl Makreckisi transfer etməyə yaxındır. Bu barədə "Csakfoci" portalı məlumat yayıb.
"Samsunspor" və bir neçə Türkiyə Super Liqası klubunun marağına baxmayaraq, latviyalı futbolçu Azərbaycanda oynamağa üstünlük verib. "Qarabağ"ın sağ cinah müdafiəçisi üçün ciddi məbləğdə transfer haqqı ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Cəbrayıl Makreckis Leverkuzen "Bayer"inin yetirməsidir. 26 yaşlı futbolçu 2023-cü ilin yayından "Ferentsvaroş"da çıxış edir. O, 2025/26 mövsümündə Macarıstan təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi