“Qarabağ” “Bayern” və “Liverpul”la eyni pillədə

08.01.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ” Azərbaycan Premyer Liqasının ilk yarısında keçirdiyi 18 oyunda 47 qol vurub.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu bu göstərici ilə Avropanın ən məhsuldar komandalarından biridir.

Qurban Qurbanovun yetirmələri qitənin milli çempionatlarında bu mövsüm ən çox qol vuran 12-ci komandadır.

Təmsilçimiz Avropa nəhəngləri “Bayern” və “Liverpul”la eyni göstəriciyə malikdir.

Siyahıya “Srvena Zvezda” başçılıq edir. Belqrad təmsilçisi Serbiya çempionatının geridə qalan 20 matçında 71 dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью