“Qarabağ” Benzia ilə vidalaşdı

11.06.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Qarabağ” futbolçusu Yassin Benzia ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əlcəzairli yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

Benzia 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edirdi. O, başa çatan mövsümdə 50 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью