Qarabağ Beşiktaş ın sabiq hücumçusu ilə danışıqlara başlayıb

15.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Kamerun millisinin hücumçusu Vensan Abubakarın adının "Qarabağ"la hallanması ulduz futbolçunun ölkəsində geniş müzakirə mövzusuna çevrilib.

Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, 33 yaşlı forvardın nümayəndələrinin hazırda "Qarabağ"la danışıqları davam etdirdiyi yazılıb.

"Hatayspor"dan ayrıldığı üçün hazırda azad agent statusu daşıyan Abubakarın Azərbaycanda çıxış etməyin əleyhinə olmadığı vurğulanıb. O, yenidən UEFA Çempionlar Liqasında çıxış etmək istədiyindən bu varianta biganə deyil.

Qeyd edək ki, Vensan Abubakar karyerası ərzində "Portu", "Beşiktaş", "Ən-Nəsr" kimi tanınmış klubların formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью