Qarabağ Bilbaodan heç heçə ilə qayıtsa... Xaqani Məmmədov

18.10.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk 2 turunda "Benfika"nı səfərdə (3:2), "Kopenhagen"i evdə (2:0) yenən "Qarabağ" oktyabrın 22-də Bilbao "Atletik"inin qonağı olacaq. Azərbaycan millisinin sabiq hücumçusu əlaqə saxlayıb İspaniyadakı qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bu gün "Turan Tovuz" üzərində də qələbə qələbə qazanan "Qarabağ" Çempionlar Liqasındakı səfər matçına ruh yüksəkliyi ilə yollanacaq. Komandamızı Bilbaoda çox çətin və maraqlı mübarizə gözləyir. Amma "Benfika" və "Kopenhagen" üzərində qələbələr  Azərbaycan təmsilçisində bir qədər də özünəinam yaradıb. Bilirik ki, "Qarabağ" qitəmiqyaslı qarşılaşmalarda adətən səfər matçlarında uğurlu çıxışla diqqət çəkir. Təbii ki, rəqib də La Liqanın tanınmış komandalarından biridir və öz meydanında qələbə qazanmağı hədəfləyib. "Atletik"in heyətində texnikalı oyunçuların sayı çoxdur. Deyərdim ki, onların oyun üslubları da "Qarabağ"ınkına oxşardır. Komandamız evə müsbət nəticə ilə qayıtmaq üçün çox diqqətli olmalı, müdafiədə top itirməməlidir. Bilbao təmsilçisi ön xətdə pressinq etməyi sevən kollektivdir. Məncə, "Qarabağ" Bilbaodan heç-heç ilə qayıtsa, bu, böyük uğur sayılacaq. Təmsilçimizə uğurlar arzulayıram".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью