“Qarabağ“ bir gündə iki yoldaşlıq görüşü keçirəcək

09.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Qarabağ" futbol klubunun 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.

Moderator.az kluba istinadən xəbər verir ki, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək.

Daha sonra "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

"Qarabağ" iyulun 1-də iki görüşə çıxacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukraynanın "Metallist" komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью