Qarabağ bir sınaq matçı ilə kifayətlənəcək

28.09.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın milli komandaların oyunları ilə əlaqədar fasilə ilə bağlı planları dəqiqləşib.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, ümumilikdə 9 futbolçusu müxtəlif yığmaların düşərgəsində olan Ağdam təmsilçisi bir yoxlama oyunu ilə kifayətlənəcək.

Məşqlərini "Azersun Arena"da davam etdirən "köhlənlər" oktyabrın 3-də "Zirə" ilə sınaq matçına çıxacaq. 

Qeyd edək ki, ilk 6 turda 5 matça çıxan "Qarabağ" 13 xal toplayıb. Sözügedən kollektiv Preçyer Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub. 

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью