“Qarabağ” birdən birə UEFA çempionu olsun?!” KONKRET

29.01.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Liverpulda sadəcə “Qarabağ”ın oyunu alınmadı”.

KONKRET.az bildirir ki, bu sözləri “Yeni Sabah”a Milli Məclis üzvü Aqil Abbas deyib.

“Qarabağ”ın azarkeşi olan deputatın sözlərinə görə, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Ağdam klubu üçün yüksək nailiyyətdir:

““Liverpul” Çempionlar Liqasının 6 qat qalibidir. Böyük azarkeş kütləsi var. Çox xoş oldu ki, “Qarabağ”ın da azarkeşləri komandamızı 90 dəqiqə ərzində meydanda tək qoymadı. Bu futboldur, oyun bəzən alınır, bəzən yox. Biz isə istəyirik ki, “Qarabağ” birdən-birə gəlsin UEFA çempionu olsun. Futbolda yavaş-yavaş inkişaf edirik. Təmsilçimiz pley-off mərhələsinə keçdi. Bu, böyük nailiyyətdir. Bizə uğurlar arzulamaq qalır, vəssalam”.

Deputat vurğulayıb ki, “Qarabağ” istənilən rəqibi məğlub etmək əzmindədir:

“Qarabağ” üçün çətin rəqib yoxdur. Təmsilçimizin oyunu alındıqdan sonra, qarşısında heç kəs dura bilməz. Dünən isə oyun alınmadı”.

Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Qarabağ” “Liverpul” klubuna böyük hesabla (6-0) məğlub olsa da, turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda 22-ci pillədə qərarlaşıb və son 24 komanda arasında qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью