“Qarabağ” bizə uyğun komandadır” Ahmed

11.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Elfsborq"un futbolçusu Ahmed Qasem Avropa Liqasında sabah "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 21 yaşlı vinger matçdan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:

"Oyun üçün həyəcanlıyıq. Maraqlı görüş olacaq. Bütün diqqətimizi "Qarabağ"a yönəltmişik. Hücumda çox yaxşı oyunçuları var. Lakin düşünürəm ki, "Qarabağ" bizə uyğun komandadır. Onlar burda öyrəşmədikləri soyuq havada oynayacaqlar. Ümid edirəm ki, kifayət qədər soyuq olar (gülür)".

"Elfsborq" – "Qarabağ" oyununa saat 00:00-da start veriləcək

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью