“Qarabağ” bizi dayandırmaq üçün əlimdən gələni edəcək”

03.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah”ın futbolçusu Patrik Orfe Mbinanın “Futbolpress.az“a müsahibəsi:

-Çempionlar Liqasında əsas mərhələdəki rəqiblərinizlə bağlı fikirləriniz nədir?
-Yaxşı komandalarla oynayacağıq. Xal təxminim yoxdur, bu barədə konkret fikir bildirə bilmirəm. Ancaq bir şey dəqiqdir, Çempionlar Liqasına sadəcə iştirak yox, mübarizə aparmaq üçün gedirik.

-Komanda üç fərqli turnirdə mübarizə aparacaq. Çətin olmayacaq?
-Əlbəttə, eyni vaxtda bir neçə yarışda olmaq asan deyil. Lakin keyfiyyətli heyətimiz var və özümüzə inanırıq. Hər turnirdə özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq.

-Kritik oyunlarda sonradan meydana daxil olub, qol vurmağı bacarırsan. Özünüzü baş məşqçinin “joker”i hesab edirsiniz?
-Belə deməzdim. Komandada hər kəs hazırdır. Kimə nə zaman şans verilsə, maksimumu etməyə çalışır. Mən də ehtiyac duyulduğu anda töhfəmi verməyə hazıram.

-Avrokuboklardakı oyunla liqadakı matçlardakı performans fərqlənir. Sizcə bu, köklənmək problemi ilə əlaqədardır?
-Baş məşqçimiz vəziyyəti daha yaxşı görür, təhlillər aparır. Düşünürəm ki, vaxt keçdikdə hər şey daha yaxşı olacaq.

-Çempionluq yolunda əsas rəqibiniz “Qarabağ” heyətdə ciddi dəyişikliklər edib. Bu mövsüm qızıl medal yarışının çətin olacağını düşünürsünüz?
-Düzünü desəm, “Qarabağ”ın heyətinə baxmamışam, ancaq fikirləşirəm ki, onlar bizi dayandırmaq üçün əlindən gələni edəcəklər. Bizim məqsədimiz hər turnirdə maksimumu etmək, yaxşı nəticələr qazanmaqdır.

-Mövsüm bitəndən sonra “Sabah” transfer hüquqlarını aldı. Başqa təklifləriniz olmuşdu?
-Bəli, var idi, ancaq qalmağı seçdim. “Sabah”la hekayəm hələ bitməyib.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью