“Qarabağ” bizi sevindirəcək Möcüzəvi məqam

28.01.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı yolunda maraqlı bir detal diqqət çəkir. Sosial şəbəkələrdə yayılan müqayisələrə görə, Ağdam təmsilçisinin oyunlarının yayımlandığı telekanalla nəticələr arasında qəribə bir “uyğunluq” var: CBC Sport-da qələbə və heç-heçə, İctimai TV-də isə əsasən məğlubiyyətlər.

Ölkə.Az-ın məlumatına görə, “Qarabağ”ın Çempionlar Liqasında CBC Sport vasitəsilə yayımlanan matçlarında komanda iki qələbə və bir heç-heçə əldə edib. Buna qarşılıq, İTV-də canlı yayımlanan “Ayaks”, “Napoli” və “Athletic Club”la qarşılaşmalar məğlubiyyətlə yadda qalıb. Azarkeşlər bu mənzərəni “maraqlı təsadüf” kimi dəyərləndirirlər.

Ancaq bir detal bütün bu mənzərəni dəyişir. “Qarabağ”ın UEFA ÇL-də geridönüş edərək “Benfika”ya qalib gəldiyi tarixi ilk oyun da məhz İctimai TV-nin efirində yayımlanmışdı. Yəni bu yol İTV ilə başlayıb.

Bu gün isə eyni xətt üzrə bir dövrə tamamlanır. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin nəhəngi “Liverpul”la üz-üzə gələcək. “Enfild” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək və oyun yenə İctimai TV-də canlı yayımlanacaq.

İlk oyunda qonaq meydanda güclü rəqib, son oyunda da yenə qonaq meydanda güclü rəqib. Bəlkə də bu, həmin “möcüzəvi məqam”dır. Azarkeşlərin ümidinə görə, “Qarabağ” bu dəfə ən azı bir heç-heçə ilə bizi sevindirə və İTV-dəki “tilsimi” qıra bilər.
Miri
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью