Qarabağ Bodo Qlimt matçı BAŞLADI

07.11.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxır.
Bizim.Media xəbər verir ki, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşır.
 

Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb. Oyunu Portuqaliyadan olan hakimlər idarə edir.


Hazırda Avroliqanın turnir cədvəlində "Qarabağ" 0 xalla sonuncu - 36-cıdır. "Bodo Qlimt" isə 7 xalla 9-cu pillədə qərarlaşır.
Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub.
"Bodo Qlimt" əvvəlcə "Portu"nu üstələyib (3:2), 2-ci turda "Yunion"la heç-heçə edib (0:0), daha sonra isə "Braqa"ya qalib gəlib (2:1).
"Qarabağ" və Bodo Qlimt" tarixlərində ilk dəfə üz-üzə gəlirlər.
Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur
21:45. "Bodo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Birinci hissə)
Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)
"Aspmira" stadionu
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью